Türkiyənin tanınmış məşqçisi: “Qurban Qurbanov mənim qardaşımdır”

26 Yanvar 04:30 Qarabağ 2 736
Türkiyənin tanınmış məşqçisi: “Qurban Qurbanov mənim qardaşımdır”

“Qurban Qurbanov mənim qardaşımdır, onunla tanışlığım var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kocaelispor”un sabiq baş məşqçisi Ertuğrul Sağlam deyib.

O, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda Almaniya “Ayntraxt”ını 3:2 hesabı ilə məğlub etdiyi oyunu izlədiyini bildirib.

“Bir türk olaraq nəticədən qürur duydum. “Qarabağ” illərdir Avropada Azərbaycan bayrağını layiqli şəkildə dalğalandırır.

Mən bu oyunu əfsanə adlandırıram. Futbolçuların istəyi və əzmkarlığı möhtəşəm idi.

Bu cür komanda formalaşdırmaq və böyük rəqiblərə qarşı uğurlu şəkildə mübarizə aparmaq inanılmazdır”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib

.56 yaşlı çalışdırıcı Azərbaycan çempionunun “Liverpul”la oyunda da müsbət nəticə qazanacağına inandığını söyləyib:

“Komanda bu oyun üslubunu İngiltərədə də davam etdirsə, Mersisayd təmsilçisi üçün çətin olacaq. Bəli, rəqib güclüdür, amma “Qarabağ” da Avropada səs salıb”.

Mütəxəssis “Qarabağ”ın heyətində hansısa oyunçunu xüsusi olaraq fərqləndirmək istəmədiyini deyib:

“Bütün futbolçular əla performans sərgilədilər. Kimisə fərqləndirsəm, digərlərinin haqqına girmiş olaram. İnanıram ki, tarixi qələbələrin davamı gələcək”.

Ertuğrul Sağlam 2009-2010-cu il mövsümündə “Bursaspor”la Türkiyə çempionu kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM