Qurban Qurbanov: “İstəmərəm məni tərifləsinlər, bilmirik ki, kimin hansı problemləri var”

26 Yanvar 03:17 Qarabağ 516
Qurban Qurbanov: “İstəmərəm məni tərifləsinlər, bilmirik ki, kimin hansı problemləri var”

“Heç istəmərəm ki, məni tərifləsinlər.

Bunu ürəkdən deyirəm. Mən sadəcə, öz işimi görməyə çalışıram”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “deyib.

“Düzü, tənqid də etmələrini istəmərəm. Çünki insanıq, bilmirik ki, kimin hansı problemləri var.

Bu gün siz bilmirsiniz ki, mənim hansı problemlərim var, bəlkə mənim həyatda problemlərim var, ya futbolçularımın həyatında problem var, özümüzü bəzən tam motivasiya edə bilmirik.

Tərif-tərif, sonda bəzən görürsən ki, insan işində, həyatda elə səhv edir ki, o təriflər hamısı qalır geridə.

İstəmərəm ki, sabah belə hallar olsun. Öz xalqımı, millətimi çox istəyirəm.

Hansı tənqidlər olsa, nə olasıdır ki? Özümüzük, qardaş-bacı...

Normal qəbul edirəm. Sadəcə tərif istəmirəm”, - o, qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM