Çempionlar Liqasında “Ayntraxt” üzərində parlaq qələbə qazanan “Qarabağ” növbəti oyuna hazırlaşır.
Təmsilçimiz çətin İngilrərə səfərində “Liverpul”un qonağı olacaq.
“Qarabağ” bu görüşdə tribunalardan ciddi azarkeş dəstəyi görəcək.
Belə ki, meydan sahibləri qonaq azarkeşlər üçün 3 minə yaxın bilet ayırıb.
Oyun gününə 4 gün qalmasına baxmayaraq, satışa çıxarılan biletlərdən az qala yarısı sahibini tapıb.
İngiltərədə və Avropada yaşayan futbolsevərlərin qarşılaşmaya böyük maraq göstərdiyini nəzərə alsaq, yanvarın 28-dəki matçda “Qarabağ”a 3 minə yaxın azərbaycanlı və türkiyəli azarkeşin dəstək verəcəyi şübhə doğurmur.
Yanvarın 28-də “Enfild Road”da baş tutacaq duelin start fiti Bakı vaxt ilə gecə saat 12-də çalınacaq.
7 turdan sonra aktivində 10 xal olan “Qarabağ” 36 komanda arasında 18-ci, 15 xala sahib olan “Liverpul” 4-cü pillədə qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ

