Qurban Qurbanov bunu etməsə, “Qarabağ” çempion olmayacaq!

18:35 Qarabağ 559
Qurban Qurbanov bunu etməsə, “Qarabağ” çempion olmayacaq!

«Qarabağ» bərabər səviyyəli iki heyət yığıb» deyənlər var idi ha, «Kəpəz» dünən onları yalançı çıxartdı.

Özü də necə lazımdır!

Təkrarçılıq kimi çıxmasın, bəlkə indiyə kimi az qala 100 kərə yazmışam ki, bu deyilənlər, sadəcə, şişirtmədir, başqa bir şey deyil.

«Qarabağ»ın bir normal heyəti, oyunçu qrupu var, vəssalam! O da ki, Çempionlar Liqasında xaruqələr yaradan, Avropa nəhənglərinin dizini yerə qoyan, kürəyini qazona çırpan heyətdir.

Kimlər ki həmin «11-liy»ə düşə bilmir, çox vaxt kənarda qalır, bu, özlərinin günahıdır. Qurban Qurbanov nə zaman nə elədiyini bilən məşqçidir, bir futbolçunun haqqını başqasına yedirməz.

«Kəpəz»ə məğlubiyyətin bu oyunçulara heç bir təsiri olmayacaq, onları ayıltmayacaq. Artıq hər şeyi Qurban Qurbanovun verəcəyi qərar müəyyənləşdirəcək.

O, Premyer Liqanın qarşıdakı turundan etibarən start heyətini necə quracaq, kimlərdən quracaq? Bax, ən əsas sualın üstünə gəlib çıxdıq.

Zubir, Yankoviç, Andrade və digər aparıcı legionerlər ilk dəqiqələrdən forma şansı qazanacaqsa, «Qarabağ» çempionluq yolunda daha büdrəməyəcək.

Yox əgər, Qurbanov yenə ciddi rotasiya edəcəksə, belə şok məğlubiyyətlərin ardı gələcək, arası kəsilməyəcək.

Daha deyiləcək çox söz yoxdur, dərs almalı bir nömrəli şəxs Qurbanovun özüdür indi.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti