DƏQİQLƏŞDİ - “Qarabağ”ın transfer siyahısında bu hücumçunun adı var?

16:30 Qarabağ 397
DƏQİQLƏŞDİ - “Qarabağ”ın transfer siyahısında bu hücumçunun adı var?

“Qarabağ”ın Xorvatiyada “İstra”nın formasını geyinən Salim Faqo Lavalı heyətinə qatmaq istədiyi iddia olunur.

Yerli “Sportske Novosti” nəşri bu xəbərlə gündəmi «zəbt edib».

Həmkarlarımızın yazdığına görə, keçidin tezliklə tamamlanacağı gözlənilir.

Bildirilir ki, 23 yaşlı nigeriyalı hücumçunun transferi yaxın günlərdə başa çata bilər. Bu, Puladan olan klubun tarixində ən bahalı transfer olacaq.

Müqavilənin maliyyə dəyərinin 2 milyon avronu ötəcəyi qeyd edilir.

Lakin “Qarabağ“dan bu məlumatı saytımıza təsdiq etməyiblər. Klubdan redaksiyamıza bildirilib ki, xorvat mediasının iddiası həqiqəti əks etdirmir.

Afrikalı təklif göndərilən forvardların siyahısında yer almır. Yəni ki, yayılan informasiya bəzi menecerlərin uydurmasından başqa bir şey deyil.

Laval bu mövsüm Xorvatiya komandasında 19 oyun keçirib, yeddi qol vurub və iki məhsuldar ötürmə verib.

O, iki il yarım əvvəl Nigeriyadan “İstra”ya qoşulub və ötən ilin sonunda milli komandada debüt edib və Afrika Millətlər Kubokunda millinin heyətinə daxil edilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti