Yanvarın 28-də keçiriləcək Çempionlar Liqasının “Liverpul” - “Qarabağ” oyununa azərbaycanlı azarkeşlər tərəfindən böyük maraq var.
Sportinfo.az xəbər verir ki, qol.az-a etibarlı mənbələrdən daxiil olan xəbərə görə, İngiltərədə keçiriləcək bu matça “Qarabağ”ın artıq düz 1200-ə yaxın azarkeşi bilet alıb.
Bu, Ağdam klubuna ayrılan 3 min yerin yarısına yaxındır. Oyun müddətinə qədər bu sayın daha da artacağı gözlənilir.
“Liverpul” - “Qarabağ” oyunu hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq.
"Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək.
Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.

