“Qarabağ” 7 saat havada uçacaq

25 Yanvar 01:50 Qarabağ 616
“Qarabağ” 7 saat havada uçacaq

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ” səfərdə “Liverpul”la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin İngiltərəyə yola düşəcəyi vaxt bəlli olub.

Qurban Qurbanovun komandası yanvarın 26-da Liverpul şəhərinə gedəcək. Bakıdan çarter reysi ilə uçuş saat 15:00-a nəzərdə tutulub.

“Qarabağ”ı yetərincə uzun yolçuluq gözləyir - düz 7 saat.

“Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM