10 milyondan çox fərq var - “Bavariya”nın ulduzu ilə "Qarabağ"ın hücumçusunun maaşı

24 Yanvar 22:40 Qarabağ 356
10 milyondan çox fərq var - “Bavariya”nın ulduzu ilə "Qarabağ"ın hücumçusunun maaşı

Kolumbiyanın "Bolavip" nəşri Çempionlar Liqasında çıxış edən “Bavariya”nın ulduzu Luis Dias və “Qarabağ”ın legioneri Kamilo Duranın maaşlarını müqayisə edib.

Sportinfo.az xəbər verir ki, futbolçular arasında 10 milyon avrodan çox fərqin olduğu məlum olub.

Belə ki, Almaniya klubunda çıxış edən Luis Diasın illik qazancı 14 milyon avro təşkil edir. “Qarabağ”ın 23 yaşlı hücumçusunun isə illik maaşının 150–300 min avro arasında olduğu bildirilir.

Çempionlar Liqasının VII turunda “Qarabağ”ın “Ayntraxt” (Frankfurt) üzərində 3:2 hesablı qələbəsində Kamillo Duran iki qol vuraraq turnirdəki ümumi qol sayını dördə çatdırıb.

Luis Dias isə bu mövsüm “Bavariya”nın heyətində ümumilikdə 14 qol vurub ki, onlardan üçü Çempionlar Liqasına təsadüf edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 18:10 Çək və bizə göndər!