Türkiyədə “Qarabağ”ı təbrik etmədilər, aləm bir-birinə dəydi! - FOTO

20:00 Qarabağ 305
Türkiyədə “Qarabağ”ı təbrik etmədilər, aləm bir-birinə dəydi! - FOTO

“Qarabağ”ın “Ayntraxt” üzərində qazandığı parlaq qələbə Avropada ciddi marağa səbəb oldu.

Xarici mətbuatda “köhlən atlar”ın şəninə təriflər səsləndirildi, möhtəşəm geridönüş xüsusi şəkildə qabardıldı.

Türkiyənin sayt və sosial şəbəkə səhifələrində də tərif dolu yazı-paylaşımları mümkün idi. Lakin...

“İnstagram”da 4 milyon izləyicisi olan “millitakimlar” səhifəsi aranı qatıb.

Tükiyənin bütün yaş qruplarından ibarət yığma komandalar barədə məlumat yayan səhifə “Qarabağ” – “Ayntraxt” matçında almanların ilk qolunun müəllifi olan Can Uzun prizmasından yanaşıb.

Milli komandanın oyunçusunun vurduğu qolun anonsunu verib, Canı təbrik ediblər.

Ancaq qardaş ölkənin Çempionlar Liqasındakı layiqli təmsilçisi “Qarabağ”ı təbrik etmək yaddan çıxıb. Bəlkə də lüzum görməyiblər.

Məhz bu məqam azərbaycanlı izləyiciləri özündən çıxarıb.

Paylaşımın rəy bölməsinə şərh yazan həmyerlilərimiz soyuq münasibətə görə iradlarını bildirib, Azərbaycanda “Fənərbağça” ilə “Qalatasaray”ın Avropadakı uğurunun öz uğurumuz kimi qəbul edildiyini yazıblar.

Hətta bəzi şərhlərdə ox yaydan çıxıb ki, iki ölkənin futbol azarkeşləri qarşılıqlı təhqirlərə yol verib.

Can Uzunun qol vurması Türkiyə futbolu adına xoş haldır. Ancaq belə məqamda futbolçu ilə yanaşı, “Qarabağ”ı da təbrik etmək kiminsə xətrinə dəyməzdi. Əksinə, əhvalı yüksəldərdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti