“Qarabağ”dan ayrıldı, qələbə xəbərini eşitdi, onun şəklini paylaşdı - FOTO

16:40 Qarabağ 260
“Qarabağ”dan ayrıldı, qələbə xəbərini eşitdi, onun şəklini paylaşdı - FOTO

“Qarabağ”ın Avropa arenalarında qazandığı qələbələrə sevinən təkcə azərbaycanlılar deyil.

Üzləri gülənlərin arasında əcnəbilər də var.

Kimdir onlar?

“Qarabağ”ın sabiq futbolçuları.

Çempionlar Liqasnda “Ayntraxt” üzərində əldə olunan qalibiyyət keçmiş “Qarabağ”lıların ürəyinə yağ kimi yayılıb.

Riçard Almeyda ilə Olavio Juninyo matçdan dərhal sonra sosial şəbəkə hesablarında təbrik paylaşımları ilə diqqət çəkmişdi.

Yassin Benzia da sakit dayanmayıb.

Ötən ilin yayında ölkəmizi tərk edərək Səudiyyə Ərəbistanına yollanan 31 yaşlı əlcəzairli yarımmüdafiəçi “instagram” hesabında “Qarabağ” – “Ayntraxt” duelinin yekun nəticəsini təqdim edərək klubun rənglərinə uyğun ağ və göy rəngli ürək emojilərindən istifadə edib.

Növbəti paylaşımında isə Qurban Qurbanovun zəhmli simasını izləyicilərinə göstərib.

Odur ki, “Qarabağ”dan gedənlərin hərəsi dünyanın bir yerində olsa da, hələ də ürəkləri keçmiş komandaları ilə döyünür.

Yassin Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin may ayına qədər Ağdam təmsilçisini formasını geyinməklə 104 oyunda 28 qol vurub, 25 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti