“Qarabağ”ın “ağ atlı oğlan”ı: “Ağrı, ümid və final anı…” - VİDEO

24 Yanvar 08:50 Qarabağ 630
“Qarabağ”ın “ağ atlı oğlan”ı: “Ağrı, ümid və final anı…” - VİDEO

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu Çempionlar Liqasının (ÇL) liqa mərhələsinin 7-ci turunda "Ayntraxt”a 90+4-cü dəqiqədə vurduğu qələbə qolunun (3:2) görüntülərini izləyiciləri ilə bölüşüb.

Bəhlul paylaşımına “Pain, hope and final moment” (Ağrı, ümid və final anı) qeydini əlavə edib.

"Köhlən atlar” bu qələbə sayəsində xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində 18-ci pilləyə yüksəlib.

Onu da bildirək ki, komandamız liqa mərhələsinin sonuncu oyununu yanvarın 29-da səfərdə “Liverpul”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM