"Qurban Qurbanovun işinə heyranam" - Tanınmış çalışdırıcı

08:30 Qarabağ 108
"Qurban Qurbanovun işinə heyranam" - Tanınmış çalışdırıcı

"Qurban Qurbanovun işinə heyranam".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında rusiyalı tanınmış mütəxəssis Yuri Syomin "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" komandasına 3:2 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.

O, Azərbaycan çempionunun nəticəsini böyük uğur adlandırıb:

"Dünən oyunu izlədim. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qələbə klub tarixi üçün mühüm məqamdır.

Futbolçular əla mübarizə apardılar. Qurban Qurbanov isə "Qarabağ"ın uğurlarının əsas fiqurudur".

Yuri Syomin 2013-2014-cü illərdə "Qəbələ" komandasının baş məşqçisi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti