“Hələ bir neçə gün bu qələbənin eyforiyasında yaşayacağıq”

4 Fevral 23:40 Qarabağ 193
“Hələ bir neçə gün bu qələbənin eyforiyasında yaşayacağıq”

"Qarabağ"ın veteran futbolçusu Zaur Həşimov Sportinfo.az-a açıqlama verib.

Hazırda "Zirə" akademiyasının rəhbəri olan təcrübəli mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt"ı məğlub etməsini (3:2) şərh edib:

"İlk öncə möhtəşəm qələbəyə görə "Qarabağ"ın futbolçularına, məşqçilər heyətinə təşəkkür edirəm. Sözün əsl mənasında möhtəşəm oyun oldu.

Cənab Prezident İlham Əliyevin komandanı şəxsən təbrik etməsi də xüsusi bir məqamdır. Bu, dövlət başçısının futbola verdiyi dəyərdir".

O, davamında bildirib ki, görüş təkcə vacib qələbəmizlə yadda qalmayıb:

"Qarabağ"ın "Ayntraxt" üzərində qələbəsi bir çox ilklərlə yadda qaldı. İlk dəfə Almaniya klubuna qalib gəldik.

Bəhlul Mustafazadə Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı oldu. Elvin Cəfərquliyev həftənin rəmzi komandasında yer aldı. Bu hadisələr qürurverici məqamlardır.

Digər tərəfdən bu qələbə pley-off mərhələsinə vəsiqə qazanmaq üçün böyük ümid verdi. Qarşılaşma da dramatik alındı.

Futbolçular qələbə üçün əlindən gələn hər şeyi etdilər. Nəinki rəqiblə mübarizə apardılar, hakimin qərəzli idarəçiliyinə də psixoloji cəhətdən tab gətirdilər.

Nəticədən geri düşdüyümüz görüşdə qələbə qazanıldı. Futbol adına gözəl, sevincli gecə yaşadıq.

Yəqin ki, hələ bir neçə gün bu qələbənin eyforiyasında yaşayacağıq. İnanıram ki, növbəti mərhələdə "Qarabağ" da iştirak edəcək".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!