“Mən 10 gün idi Allaha dua edirdim ki...” - Bəhlulun atası

24 Yanvar 01:00 Qarabağ 169
“Mən 10 gün idi Allaha dua edirdim ki...” - Bəhlulun atası

“Həmişə onun belə bir oyunda qol vurmasını xəyal etmişəm, nəhayət, bu gerçəkləşdi”.

Sportinfo.az offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev oğlunun “Qarabağ” - “Ayntraxt” matçında (3:2) qələbə qoluna imza atmasını şərh edərkən bildirib.

“Çox sevincliyəm, arzularım reallaşdı. Mən 10 gün idi ki, bu oyunu düşünürdüm.

Hər səhər yuxudan oyananda Allaha dua edirdim ki, Bəhlul qol vursun. 20 yaşımda futbolla vidalaşmışam.

Mənim də çox arzularım var idi, Bəhlul arzularımı həyata keçirdi.

Təbii ki, çox sevincliyəm. Oyundan əvvəl bir yerdə idik. Hər halda həyəcanlı idi, kefi yaxşıdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti