"Liverpul"un kapitanı “Qarabağ”a yuxarıdan-aşağı baxdı

13:20 Qarabağ 790
"Liverpul"un kapitanı “Qarabağ”a yuxarıdan-aşağı baxdı

"Liverpul"un kapitanı Vircil van Deyk Çempionlar Liqasının Liqa mərhələsinin son - 8-ci turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, ilk 8-likdə qalmağın vacibliyini vurğulayan 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib:

“Birbaşa 1/8 finala yüksəlmək bizim üçün çox vacibdir. Çünki pley-off mərhələsini buraxmış olursan və bu da hazırda keçdiyimiz gərgin oyun qrafikində bizə kömək edəcək.

Gələn həftə yenə hər şey bizdən asılı olacaq. Evdə oynayacağıq.

Gəlin, ilk 8-likdə yer alacağımızdan əmin olaq. Hazırda turnir cədvəlindəki mövqeyimiz yaxşıdır. Amma həlledici məqam gələn həftədir”.

Hazırda tunir cədvəlində "Liverpul" 15 xalla 4-cüdür. 10 xala malik "Qarabağ" 18-cidir.

"Liverpul" - "Qarabağ" görüşü yanvarın 29-da "Enfild" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti