“Qarabağ” Çindən təklif alan oyunçusunu buraxacaqmı? - YENİ XƏBƏR

10:40 Qarabağ 886
“Qarabağ” Çindən təklif alan oyunçusunu buraxacaqmı? - YENİ XƏBƏR

Bəhlul Mustafazədənin «Qarabağ»dan ayrılıb-ayrılmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.

Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, müdafiəçinin düşərgədə qalması «Liverpul»la matçdan sonra bəlli olacaq.

«Köhlən atlar» yanvarın 29-da Çempionlar Liqasının əsas mərhələsinin axırıncı turunun oyununa çıxacaq. Azərbaycan çempionu Böyük Britaniya səfərinin ardından 28 yaşlı arxa xətt oyunçusunun aqibətinə dair qərar verəcək.

Məsələ ondadır ki, Mustafazadəyə ölkə xaricindən təklif gəlib. Çin klubu ona dəvət göndərib.

Asiya təmsilçisi həmyerlimizlə 2+1 illik müqavilə bağlamaq iddiasını ortaya qoyub.

Bəhlulun özüylə aparılan danışıqlar artıq baş tutub. Tərəflər şəxsi müqavilə şərtlərini razılaşdırıb.

«Qarabağ»a Çempionlar Liqasında üçüncü qələbənin sevinc hissini yaşadan Mustafazadə bu səbəbdən şok qərar verib.

«Ayntraxti»la matçda «köhlən atlar»a 3:2 hesablı qalibiyyət bəxş edən müdafiəçi klubdan ayrılmaq istəyindədir.

O, klub rəsmiləri və baş məşqçi Qurban Qurbanovla görüşərək, bu niyyəti barədə məlumat verib.

Ağdam təmsilçisində dördüncü mövsümünü keçirən arxa xətt oyunçusu fikrinin qəti olduğunu, yaxın günlərdə planını reallaşdırmağa hazırlaşdığını söyləyib.

«Qəbələ»nin yetirməsi bildirib ki, ona müxtəlif ölkələrdən təkliflər var və məqsədi legioner həyatı yaşamaqdır.

Millinin üzvü 2021-ci ildən «köhlən atlar»ın sıralarındadır. Onun «Qarabağ»la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti