"Qarabağ" Çempionlar Liqasının ən çox qayda pozan komandasıdır.
Sportinfo.az xəbər verir ki, "köhlən atlar"ın futbolçuları geridə qalan 7 tur ərzində ümumilikdə 106 dəfə rəqibə qarşı kobud oynayıblar.
Təmsilçimizin üzvləri kobudluğa görə hakimlər tərəfindən qırmızı vərəqə ilə cəzalanmasalar da, 8 dəfə sarı vərəqə görüblər.
Ağdam təmsilçisi həmçinin ən az qayda pozuntusuna məruz qalan komandadır. Qurban Qurbanovun oyunçularına qarşı 43 dəfə faul olunub.
"Qarabağ" Çempionlar Liqasında son oyununu yanvarın 28-də İngiltərədə yerli "Liverpul" klubuna qarşı keçirəcək.

