“Qarabağ”ın prezidenti Tahir Gözəl “Ayaks”la oyunu (2:4) sığınacaqda tək izləyən Əkbərlə görüşüb.
Sportinfo.az xəbər verir ki, bu barədə sığınacağın instaqram səhifəsində görüntülər paylaşılıb.
“Əkbərin “Qarabağ” sevgisi. “Qarabağ” FK-nin prezidenti Tahir Gözəl Əkbəri o qədər gözəl qarşıladı ki...
Sığınacağımın ağıllı balası sonunda ən böyük arzusuna çatdı”, - deyə paylaşımda qeyd edilib.
Bildirilib ki, ona VİP ərazidə yer ayrılsa da o, oyunu azarkeşlərlə bərabər izləməyi seçib.

