Nəriman Axundzadədən "Qarabağ"la bağlı YENİ QƏRAR

15 Dekabr 2025 20:20 Qarabağ 5 040
Nəriman Axundzadədən "Qarabağ"la bağlı YENİ QƏRAR

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflər olması barədə həftələr öncədən xəbər vermişdik.

Nəriman özü də legioner həyatı yaşamağa can atır.

Gənc forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanov bildirib.

Onun ən yaxşı halda yayda ölkəni tərk edəcəyi gözlənilirdi.

Amma son baş verənlər oyunçunu pərişan edib.

"Ayaks"la matça görə edilən tənqidlərdən sonra forvard buradan qalmamaq fikrini qətiləşdirib.

Hətta qış fasiləsində getməyi düşünür.

Bu barədə kluba da məlumat verib.

Təbii ki, danışıqlar uğurla bitsə yanvarda millimizin üzvünü ölkə xaricində görə bilərik.

21 yaşlı futbolçu "Xəzər Lənkəran"da futbola başlayıb.

15 yaşından isə Ağdam klubunun akademiyasındadır.

O, əsas komandada keçirdiyi 117 oyunda 31 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti