Tünzalə "Qarabağ"a sahib çıxdı: “Tənqid etməyə nə var ki?”

14 Dekabr 2025 11:30 Qarabağ 748
Tünzalə "Qarabağ"a sahib çıxdı: “Tənqid etməyə nə var ki?”

“Qarabağ" Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda "Ayaks"ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Sportinfo.az xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva şəxsi “İnstagram” hesabında matçla bağlı fikirlərini bölüşüb:

“Əziz FK Qarabağ, əziz Qurban müəllim, sizə sadəcə bir vətəndaş olaraq təşəkkür etmək istəyirəm.

Nə gözəl zamana gəlib çatmışıq ki, dünyada hər bir klubun sizin yerinizdə olmağı, arzuladığı Çempionlar Liqasında öz əzmkar oyununuzla bizə bu həyəcanı yaşadırsınız.

Tənqid etməyə nə var ki? Bunu hamımız bacarırıq!

Təki bütün sahələrdə sizin qədər beynəlxalq uğurlarımızı olsun. Sizinlə fəxr edirəm!”

tuniii.jpeg (187 KB)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”