Qurban Qurbanov: “4-5 ildən sonra bunun sonu necə olacaq, bilmirəm” - VİDEO

01:50 Qarabağ 101
Qurban Qurbanov: “4-5 ildən sonra bunun sonu necə olacaq, bilmirəm” - VİDEO

“Bu, Azərbaycan futbolunun yaralı yeridir.

Əgər U-19 komandamızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu cür oyunlarda hansı səviyyədə olacaq?”

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov U-19 komandasının UEFA Gənclər Liqasında buraxdığı 30 qol haqqında danışarkən deyib.

“Bu bizim üçün gələcəkdə böyük təhlükədir. Bəlkə kənardan vuruşmağımız, nəticələrimiz bizi aldadır, amma gələcəyə baxsaq, fərq çox böyüyə-böyüyə gedir.

4-5 ildən sonra bunun sonu necə olacaq, bilmirəm...Biz mütləq “Qarabağ” olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq.

Bizim U-19 komandamızın çoxu daha cavan idi. 17-18 yaşları var idi. İlk dəfə idi belə turnirdə oynayırlar.

Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər.

Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn “Ayaks”dır. Onların şəraitdən danışılası deyil.

O klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. “

Barselona”nın, “Çelsi”nin, “Borussiya”nın... Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə, amma fərq çox böyükdür”, – deyə o söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu