"Joni Montielin topla rəftarına söz ola bilməz".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "Qarabağ"ın ispaniyalı legioneri haqda fikirlərini dilə gətirib.
Tanınmış teleşərhçi bu ilin avqustundan bəri Ağdam təmsilçisinin düşərgəsində yer alan yarımmüdafiəçinin uzun müddət zədədən əziyyət çəkdiyini, hələ avrokuboklarda özünü göstərməyə hazır olmadığını bildirib.
Abbasovun dediyinə görə, prineyli orta sahə oyunçusu "texnar"dır və yaxın gələcəkjə komandaya böyük faydanın verməsi gözləniləndir.
"Köhlən atlar" ötən mövsümdə “Rayo Valyekano”da (İspaniya) çıxış edən Joni Montiel ilə 2+2 illik müqavilə imzalayıb.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib.
Burada keçirdiyi 10 ildə “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos”da icarədə olub. İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

