"Ayaks"la matçdan öncə "Qarabağ"da vəziyyət necədir? - “Sportinfo TV”də CANLI YAYIM

10 Dekabr 21:00 Qarabağ 353
"Ayaks"la matçdan öncə "Qarabağ"da vəziyyət necədir? - “Sportinfo TV”də CANLI YAYIM

"Qarabağ" bu axşam Bakıda Çempionlar Liqasındakı ən önəmli matçlarından birini keçirəcək.

Rəqin Niderland nəhəngi "Ayaks"dır.

Gözləntilər isə yalnız qələbə! Növbəti 3 xal ilk "24-lük"də qalmaq yolunda çox iri addım sayılacaq.

"Qarabağ" bunu bacaracaqmı?

Köhnədən qalan haqq-hesabımız var...

Futbolçular həm də qisas hissi ilə meydana çıxmalıdır...

Ağdam klubuna nələr problem yarada bilər?

Kollektivdaxili ab-hava indi necədir?

Mümkün məğlubiyyət nələrə səbəb ola bilər?

Qurban Qurbanovdan futbolçularına vacib tapşırıq...

"Ayaks"ın Bakıda qorxmalı olduğu mühüm faktlar...

Matçdan öncə bu və digər məsələlərə cavab tapmaq üçün saat 21:00-da diqqətiniz “Sportinfo TV”də olsun!

Xanoğlan İmanovun təqdimatında yayımlanacaq "Avropa həftəsi" verilişində millinin sabiq hücumçusu Nadir Nəbiyev canlı yayımda qarşınızda olacaq.

Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.

YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.

“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.

“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.

Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.

Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.

" target="_blank">VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…