"Qarabağ"la Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi oyun üçün Bakıya gələn "Ayaks" paytaxtımıza çatar-çatmaz atdığı addımla hamını təəccübləndirdi.
Niderland təmsilçisi oyun öncəsi son məşqini "Neftçi"nin təlim-məşq bazasında keçməklə.
Halbuki adətən qonaq komandalar ya son məşqi ölkəsində edib səfərə yollanır (Ən son "Çelsi" nümunəsi var), ya da oyunun baş tutacağı arenada bu missiyanı həyata keçirir.
Bu, meydanı hiss etmək, tanımaq baxımından da bir çox hallarda vacib olur.
Maraqlıdır, bəs belədə niyə "Ayaks" "Qarabağ"ın ixtiyarında olan Tofiq Bəhramov adına Respublika stadionunda yox, onun əzəzli rəqibi "Neftçi"nin məkanında son hazırlığını keçib?
Sosial şəbəkələrdə bu səpkidə sualları çox eşidirik.
Məsələnin izinə düşdük, "Qarabağ"dan müəyyən məlumatlar aldıq.
Məlum oldu ki, bunun hər hansı xüsusi səbəbi yoxdur.
Qaydalar klublara seçim imkanı verir. "Ayaks" da bundan istifadə edib.
Rəqibin seçimi bu cür olub və ötən il də ölkəmizə səfər edəndə "Ayaks" "Qarabağ"ın yox, "Neftçi"nin meydanında məşqə çıxıb.
Maraq üçün bildirək ki, komanda məşqini "Neftçi"nin meydanında etsə də, baş məşqçi Fred Grim şəxsən özü mərkəzi arenaya baş çəkib, idman qurğusunun durumu ilə yerində tanış olub.
XANOĞLAN / SPORTİNFO.AZ

