"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində son matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Bakıda "Ayaks"la üz-üzə gəlib.
Niderland təmsilçisi ilə oyun Suraxanıda yerləşən "Azərsun Arena"da baş tutub. Saat 14:00-da start götürən qarşılaşma qonaqların 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Əvvəlki 5 oyunun hamısında uduzan "Qarabağ"ın U-19 komandası sonuncu - 36-ci yeri tutur. "Ayaks" isə 10 xalla 13-cüdür. Cədvələ 16 xala malik "Çelsi" liderlik edir.
14:00. "Qarabağ" U-19 — "Ayaks" U-19 0:8
Hakimlər: Marton Ruş, Gerqo Viq-Tarsonyi, Balaş Şalay, Cavid Cəlilov
"Azersun Arena"

