“Qurban Qurbanov onu yenidən “diriltmək” istəyir” - VİDEO

15:00 Qarabağ 176
“Qurban Qurbanov onu yenidən “diriltmək” istəyir” - VİDEO

“Qurban Qurbanov onu yenidən “diriltmək” istəyir”.

Bu sözlər ATV kanalında efirə gedən “Futbolumuz“ verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Ağdam klubunun Premyer Liqanın son turlarındakı çıxışına və oyununa maraqlı reaksiya göstərib.

Tanınmış telejurnalist bildirib ki, “köhlən atlar“ aparıcı fiqurları olmadan qələbə qazanmağa çətinlik çəkir.

Zubir və Yankoviç kimi legionerlərin meydanda yer almadığı dəqiqələrdə komandanın qol vurmaq probleminə diqqət çəkən efir adamı deyib ki, Ramil Şeydayevlə Aleksey Kaşuk Qurban Qurbanovun etimadını doğrultmağı hələlik bacarmır.

Baş məşqçinin “Neftçi“dən qayıtmış hücumçunu yenidən “diriltmək“ üçün əlindən gələni etdiyini söyləyən Rzayevin fikrincə, "Qarabağ" ideal “onbirliy“i olmadan istənilən səviyyədə mübarizə aparmır.

Aparıcı bu vəziyyətlə üzləşən komandanı “yalançı dolma“ya bənzədib, yeniyetməlik və gənclik illərində yaşadığı həyatdan misal gətirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti