"Qarabağ" bu gecə qazansa, futbolçularına SƏRVƏT PAYLAYACAQ!

13:00 Qarabağ 382
"Qarabağ" bu gecə qazansa, futbolçularına SƏRVƏT PAYLAYACAQ!

"Qarabağ" bu gün Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tur oyununu keçirəcək.

Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda "Ayaks"ı qəbul edəcək.

Matç saat 21:45-də başlayacaq.

Hazırda turnir cədvəlində "Qarabağ" 7 xalla 19-cu, xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.

Azərbaycan çempionunun hədəfi əsas mərhələni ilk 24 iştirakçı arasında başa vurmaq, pley-offa vəsiqə qazanmaqdır. Niderland nəhəngi üzərində qələbə "köhlən atlar"ı məqsədinə bir xeyli yaxınlaşdıracaq.

Bu yolda onları böyük mükafat gözləyir. 3 xal əldə olunacağı təqdirdə, klub rəhbərliyi əsas heyətdə meydana çıxanların hər birinə 120 min manatın üstündə mükafat ödəyəcək.

"Ayaks" hazırda uğursuz dönəmini keçirsə də, klub Çempionlar Liqasının dördqat qalibidir. Amsterdam təmsilçisi eyni zamanda, 1 dəfə Avropa Liqasının, 2 dəfə isə UEFA Superkubokunun qalibi olub."Ayaks" hazırda uğursuz dönəmini keçirsə də, klub Çempionlar Liqasının dördqat qalibidir. Amsterdam təmsilçisi eyni zamanda, 1 dəfə Avropa Liqasının, 2 dəfə isə UEFA Superkubokunun qalibi olub.

Ağdam təmsilçisi 1-ci turda "Benfika"ya (3:2), 2-ci turda "Kopenhagen"ə (2:0) qalib gəlib, 3-cü turda "Atletik"ə məğlub olub (1:3), 4-cü turda "Çelsi" ilə heç-heçə (2:2) edib, 5-ci turda isə "Napoli"yə uduzub (0:2).

ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti