"O, Avropa səviyyəli oyunçudur" - "Qarabağ"ın yeni tapıntısı kimdir?

10 Dekabr 20:00 Qarabağ 615
"O, Avropa səviyyəli oyunçudur" - "Qarabağ"ın yeni tapıntısı kimdir?

"Qarabağ"ın Çempionlar Liqasında növbəti sınağı "Ayaks"a qarşı olacaq.

Niderland nəhəngi ilə Bakıda keçiriləcək matçdan öncə futbol funksioneri Ceyhun Sultanov Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq təmsilçimizin qələbə şanslarını dəyərləndirib:

"Düzdü, "Ayaks" əvvəlki "Ayaks" deyil, amma oynadığı çempionat bizim liqadan qat-qat üstün olduğu üçün çətin oyun olacaq.

"Qarabağ"ı oyun üslubuna görə daha şanslı sayıram.

Qol imkanlarından maksimum istifadə etməklə müdafiədə səhvlər etməsək görüşü qələbə ilə başa vura bilərik".

Qurban Qurbanovu əsas qayğılandıran məqam Kadi Borqesin yoxluğudur.

"Çelsi" ilə görüşdə ağır zədə alan braziliyalı bu səbəbdən "Napoli" ilə matçı buraxmalı olmuşdu.

Premyer Liqanın son iki görüşündə onun mövqeyində Coni Montiel çıxış edir.

Sultanov "İspaniyalı oyunçu "Ayaks" önündə faydalı ola bilərmi" sualına bu cür reaksiya verib:

"Montiel çox keyfiyyətli futbolçudur. Topla rəftarı möhtəşəmdir. Bu gün tam səviyyədə hazır olduğunu görmürəm. Amma tam hazır olsa, inanın ki, Avropa səviyyəli bir oyunçudur.

Məncə, bir az zaman lazımdır ki, "Qarabağ"ın oyun üslubuna uyğunlaşsın. Bu gün meydana çıxsa, nə qədər faydalı ola biləcəyini əyani görərik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…