Qurban Qurbanovdan "Ayaks"la oyundan öncə futbolçulara VACİB TAPŞIRIQ

10 Dekabr 19:00 Qarabağ 1 346
Qurban Qurbanovdan "Ayaks"la oyundan öncə futbolçulara VACİB TAPŞIRIQ

"Qarabağ" Çempionlar Liqasında növbəti sınağını Bakıda verəcək.

Rəqib "Ayaks"dır.

Düzdü, Niderland təmsilçisi yaxşı günlərini yaşamır.

Əbəs deyil ki, 5 turdan sonra ÇL-də xalsız qalan yeganə komandadır.

Rəqib qapılarından 1 qol keçirib, öz qapısında 16 top görüblər.

Fred Grimin yetirmələrinin daxil yarışda da üzü gülmür. 15 turdan sonra lider PSV ilə aradakı xal fərqi nə az, nə çox 14-ə bərabərdir.

Belədə təbii ki, Ağdam klubunun qələbə şansları çox yüksək görsənir.

Qurban Qurbanovun yetirmələrini motivasiya etməli olan bir başqa fakt da var.

"Kəhər atlar" cəmi 1 il əvvəl Bakıda bu komandadan çox ağır məğlubiyyət almışdı - 0:3.

Yaxşı başladığımız qarşılaşmanın gedişində tam bir fiasko yaşanmışdı.

15-ci dəqiqədə meydandan qovulan Julio Romaoya 79-cu dəqiqədə Elvin Cəfərquliyev qoşulmuşdu.

Elvindən bir neçə dəqiqə əvvəl isə Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılmışdı.

Yəni bu qədər hirsli, gərgin, əsəbləri tarıma çəkən matç olmuşdu.

Qisas hissi əlavə motivasiya, güc mənbəyi ola bilər.

Hətta bir qədər irəli gedərək qələbəni əlin içində kimi hiss edənlər var.

Şanslar yüksəkdir, amma başın altına balış qoyacaq qədər də yox.

Unutmayaq ki, hər nə qədər pis günlərini yaşasa belə qarşımızdakı bir Niderland klubudur.

Tarixi, ənənəsi var. Bakıda təsəlli qələbəsini qazanmaq üçün hər şey edəcəklər. Bəlkə də şanslarını saxlamaq üçün döyüşəcəklər.

Yanmamaq üçün maksimum diqqətli olmaq mütləqdir.

Təcrübəli Qurban Qurbanov bunu yaxşı bilir və ilk tapşırığı arxayınlıqdan uzaq durmaq olacaq/olmalıdır.

Yalnız o halda axtardığımız, arzuladığımız, gözlədiyimiz qələbə əldə oluna bilər."Qarabağ" Çempionlar Liqasında növbəti sınağını Bakıda verəcək.

Rəqib "Ayaks"dır.

Düzdü, Niderland təmsilçisi yaxşı günlərini yaşamır.

Əbəs deyil ki, 5 turdan sonra ÇL-də xalsız qalan yeganə komandadır.

Rəqib qapılarından 1 qol keçirib, öz qapısında 16 top görüblər.

Fred Grimin yetirmələrinin daxil yarışda da üzü gülmür. 15 turdan sonra lider PSV ilə aradakı xal fərqi nə az, nə çox 14-ə bərabərdir.

Belədə təbii ki, Ağdam klubunun qələbə şansları çox yüksək görsənir.

Qurban Qurbanovun yetirmələrini motivasiya etməli olan bir başqa fakt da var.

"Kəhər atlar" cəmi 1 il əvvəl Bakıda bu komandadan çox ağır məğlubiyyət almışdı - 0:3.

Yaxşı başladığımız qarşılaşmanın gedişində tam bir fiasko yaşanmışdı.

15-ci dəqiqədə meydandan qovulan Julio Romaoya 79-cu dəqiqədə Elvin Cəfərquliyev qoşulmuşdu.

Elvindən bir neçə dəqiqə əvvəl isə Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılmışdı.

Yəni bu qədər hirsli, gərgin, əsəbləri tarıma çəkən matç olmuşdu.

Qisas hissi əlavə motivasiya, güc mənbəyi ola bilər.

Hətta bir qədər irəli gedərək qələbəni əlin içində kimi hiss edənlər var.

Şanslar yüksəkdir, amma başın altına balış qoyacaq qədər də yox.

Unutmayaq ki, hər nə qədər pis günlərini yaşasa belə qarşımızdakı bir Niderland klubudur.

Tarixi, ənənəsi var. Bakıda təsəlli qələbəsini qazanmaq üçün hər şey edəcəklər. Bəlkə də şanslarını saxlamaq üçün döyüşəcəklər.

Yanmamaq üçün maksimum diqqətli olmaq mütləqdir.

Təcrübəli Qurban Qurbanov bunu yaxşı bilir və ilk tapşırığı arxayınlıqdan uzaq durmaq olacaq/olmalıdır.

Yalnız o halda axtardığımız, arzuladığımız, gözlədiyimiz qələbə əldə oluna bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 18:10 Çək və bizə göndər!
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…