“Söz verə bilərəm ki...”- "Qarabağ"ın braziliyalı müdafiəçisi

01:00 Qarabağ 98
“Söz verə bilərəm ki...”- "Qarabağ"ın braziliyalı müdafiəçisi

"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva Çempionlar Liqası Liqa mərhələsinin "Ayaks"la matçından danışıb.

- Bizi çox ciddi oyun gözləyir. Çox təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Hamımız bilirik ki, meydanda nə edəcəyik. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Sabahkı oyuna xüsusi motivasiya ilə çıxacaqsınız? Bu mövsüm yaxşı performans göstərirsiz. Bunun davamını görə bilərik?

- Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım hamısı yüksək performans göstərməlidir. Söz verə bilərəm ki, mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.

- Sabah "Qarabağ" üçün həlledici oyunlardan biri olacaq. Komanda daxilində həyəcan var?

- Çempionlar Liqasında bütün oyunlar böyük oyundur. Amma hansısa həyəcan yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq.

- Ötən mövsüm "Ayaks"a 0:3 hesabı ilə uduzmuşduz. Revanş hissi var?

- Doğrudur, keçən mövsüm onlara böyük hesabla uduzmuşduq. Amma bir sözü deyə bilərəm ki, vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik.

- Adınız "Flamenqo" ilə hallanırdı. Bu, doğrudur?

- Mətbuatda çoxlu xəbərlər çıxır. Bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Biz yolun ortasındayıq. Öz missiyamız var. Onu bitirməliyik. Bir işə fokuslanmışıq və diqqətimizi yayındırmamlıdır. Düşünmək üçün vaxtımız var. Missiyamızı sona qədər başa vurmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 16:30 Çək və bizə göndər!