“Qarabağ” üçün görün kim gəlib - Bu şəxsi necə sevməyəsən axı?!

9 Dekabr 23:00 Qarabağ 209
“Qarabağ” üçün görün kim gəlib - Bu şəxsi necə sevməyəsən axı?!

Çempionlar Liqasının "Qarabağ" - "Ayaks" oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakimliyi Rade Obrenoviç edəcək. Yan xətlərdə ona Yuri Praprotnik və Qreqa Kordez kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək.

35 yaşlı referi 24 yaşından Sloveniyanın yüksək dəstə oyunlarına təyinat alıb. 26 yaşında FİFA referisi statusunu daşıyan Obrenoviç bu müddətdə avrokuboklarda 37 qarşılaşmanı idarə edib.

Radeni bizim üçün düşərli hakim hesab edə bilərik.

İş burasındadır ki, karyerası ərzində baş hakim qismində təmsilçilərimizlə yolu iki dəfə kəsişib və hər iki halda ayağı düşərli olub.

İlk dəfə 2016-cı ilin mayında U-21 millilərinin Sloveniya – Azərbaycan yoldaşlıq görüşündə iş başında olub. Vətənində baş tutan qarşılaşmada bizimkilər 2:1 hesablı qələbəyə sevinib.

İkinci halda “Qarabağ”ın Bakıdakı matçını idarə edib. 2021-ci ilin avqust ayında Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la “Aberdin” arasındakı duel Radeyə həvalə olunub ki, bu dəfə də sevinən tərəf bizimkilər olub – 1:0.

“Ayaks”dakılar da onu tanıyır. Ötən ilin avqust ayında Avropa Liqasının pley-off mərhələsində Niderland təmsilçisi Polşada “Yagelloniya”nın qonağı olanda, meydandakı qərarları məhz bu hakim verib. “Ayaks” Polşada 4:1 hesablı qələbə ilə qayıdıb.

Hər nə qədər adət etmədiyimiz statistika və mənzərə olsa da, Azərbaycan təmsilçiləri Obrenoviçin fit çaldığı hər iki qarşılaşmadan qalib ayrılıb. Ümid edək ki, xoş ənənə “Qarabağ” – “Ayaks” qarşılaşmasının yekununda davam edəcək.

Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyun saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Dekabr 16:30 Çək və bizə göndər!