“Qarabağ”ın işçiləri gecə-gündüz çalışdı, ortaya belə bir mənzərə çıxdı - FOTOLAR

20:00 Qarabağ 229
“Qarabağ”ın işçiləri gecə-gündüz çalışdı, ortaya belə bir mənzərə çıxdı - FOTOLAR

“Qarabağ”la “Ayaks” “xalça” üstündə oynayacaq.

Dekabr ayı olmasına baxmayaraq, Tofiq Bəhramov adına Respublika stadionunun qazonu ideal vəziyyətə gətirilib.

“Qarabağ”ın arenada çalışan işçiləri bunun üçün gecə-gündüz çalışıb ki, Çempionlar Liqasının qarşılaşmasını izləyənlər oyundan zövq ala bilsin.

Əvvəlki illərin qış aylarında meydanın vəziyyəti ürək bulandırırdısa, bu dəfə könül oxşayır.

İnanırmısız? Yazının altında təqdim etdiyimiz şəkillərə baxın və zövq alın.

Dekabrın 10-da Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Ayaks” duelinin start fiti saat 21:45-də çalınacaq.

Təmsilçimiz 5 oyundan sonra topladığı 7 xalla 32 komanda arasında 19-cu pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti