“Ayaks”ın tanınmış hücumçusu “Qarabağ”a qarşı oynamayacaq?

12:40 Qarabağ 191
“Ayaks”ın tanınmış hücumçusu “Qarabağ”a qarşı oynamayacaq?

“Ayaks”ın futbolçuları Kennet Teylor və Vaut Veqhorst Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”la Bakıdakı oyunu buraxa bilərlər.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fred Qrim öz açıqlamasında bildirib.

O, 23 yaşlı yarımmüdafiəçi Teylorun meydana çıxıb-çıxmamağının həkimlərin qərarından asılı olacağını bildirib.

“Ayaks”ın aparıcı hücumçusu Vaut Veqhorst da zədəlidir. 33 yaşlı forvardın da Ağdam təmsilçisinə qarşı oynamağı sual altındadır.

style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">

dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti