"Qarabağ" Sambu Sumanonu yenidən gündəminə alıb.
Baxmayaraq ki, "Loryen" 24 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsini uzatmaq niyyətindədir.
Liqa 1 təmsilçisinin rəhbərliyi ilə seneqallı arasında ilkin razılıq əldə olunub.
Afrikalı cari mövsüm ərzində meydana çıxdığı 14 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
"Qarabağ" ötən yay Sambu Sumanonu heyətinə qatmağa yaxın idi.
Ağdam təmsilçisi onun özü ilə 3+1 illik müqaviləni razılaşdırmış, lakin "Loryen" son anda fikrini dəyişərək, qolçusunu satmaqdan imtina etmişdi.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">Seneqallını 2026-cı ilin yanvarında Azərbaycana gətirmək mümkün olsa, o, "Qarabağ"ın ən bahalı transferi kimi adını tarixə yazdıracaq.
"Köhlən atlar" onun keçidini gerçəkləşdirmək üçün Fransa klubuna 2 milyon avro təklif edib.
Çempionlar Liqasındakı təmsilçimiz Sumanonun sonoakı satışından da "Loryen"a 20 faiz ödəməyə hazırdır.
SPORTİNFO.AZ

