"Qarabağ" Bakıda "Ayaks"dan 3 xal alsa, pley-off mərhələsinə vəsiqə qazanmaq yolunda ğbyük addım atmış olacaq".
Bu fikirlər futborl eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında efirə gedən "Futbolumuz" verlişində Ağdam təmsilçisinin Çempionlar Liqasında ilk "24-lüy"ə düşmək şansını dəyərləndirib.
Tanınmış teleşqərhçi Niderland nəhəngi ilə qarşılaşmanın nəticəsinin "köhlən atlar" üçün əhəmiyyətinə diqqət çəkib.
Vurğulayıb ki, çempionumuz "Ayaks"ı üstələyərsə, ardınca "Ayntraxt"dan xal almağı bacararsa, qarşısına qoyulan məqsədə çatacaq.
Efirin sevilən ismi "Qarabağ"ın ilk 5 turda 7 xal topladığını xatırladaraq, hətta növbəti 1 xalın belə, pley-off mərhələsinə yüksəlmək üçün kifayət edə biləcəyini qeyd edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

