“Flamenqo”nun hücumçusu Juninyo Olavionun “Qarabağ”a dönüşü böyük ehtimalla baş tutmayacaq.
Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ölkəsində qalmağı planlaşdırır – lakin klubunu dəyişmək şərti ilə.
Belə ki, Juninyo onun üçün klubuna rəsmi təklif göndərən “Bahia”ya keçməyə razılıq verib.
İndi qalır klubların ortaq məxrəcə gəlməsi. “Flamenqo” oyunçusunu “Qarabağ”dan aldığı məbləğə – 5 milyon avroya satmağa razıdırsa, “Bahia” məbləğdə endirimə getməyə çalışır. Çünki Juninyo hazırkı komandasında əsas heyət üzvü deyil.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">“Qarabağ” isə sabiq forvardını icarəyə götürmək niyyətindədir. Lakin “Flamenqo” Juninyonu birdəfəlik satmağı üstün tutur.
“Flamenqo”ya bu ilin əvvəlində “Qarabağ”dan keçən Juninyo Braziliya klubunun heyətində 32 oyunda 4 qol vurub.

