“Qarabağ”dan xəbərdarlıq: “20 dəqiqə sonra gələn içəri buraxılmayacaq”

9 Dekabr 2025 00:40 Qarabağ 367
“Qarabağ”dan xəbərdarlıq: “20 dəqiqə sonra gələn içəri buraxılmayacaq”

"Qarabağ" azarkeşlərinə müraciət edib.

Sportinfo.az xəbər verir ki, müraciətdə bildirilir:

"Dekabrın 10-da Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq.

Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qqapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO