UEFA “Ayaks”ın üstündən “Qarabağ”a “siqnal” verdi - UDMAMISAN!

16:20 Qarabağ 181
UEFA “Ayaks”ın üstündən “Qarabağ”a “siqnal” verdi - UDMAMISAN!

Bakıda keçiriləcək Çempionlar Liqasının 6-cı turunun "Qarabağ" - "Ayaks" matçından öncə UEFA-nın rəsmi saytında hər iki klub üçün bir sıra statistik məqamlar dərc olunub.

Sportinfo.az xəbər verir ki, qurum rəsmi saytında qarşıdan gələn görüşün komandalar arasında ikinci matç olacağı vurğulanıb:

"Klublar əvvəllər, ötən mövsüm Avropa Liqasının əsas mərhələsində Bakıda bir-biri ilə oynayıblar və Amsterdam komandası orada 3:0 hesabı ilə qalib gəlib.

Lakin "Qarabağ" Niderland klublarına qarşı əvvəlki beş Avropa oyununda qələbə qazanmayıb (3 heç-heçə, 2 məğlubiyyət). “Ayaks” bu mövsüm ev oyunlarında keçirdiyi beş Avropa oyunundan yalnız birində məğlub olub (3 qələbə, 1 məğlubiyyət) və son dörd oyunda ev azarkeşləri qarşısında ən azı iki qol vurub".

UEFA həmçinin "Ayaks"ın məğlubiyyət seriyasını da qeyd edib: “Onlar son səkkiz Avropa oyununda uduzub və bu, klubun tarixində ən uzun məğlubiyyət seriyasıdır".

"Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti