«Qarabağ»ı qarşıda ağır oyun gözləyir.
«Ayaks» dekabrın 10-da onların qonağı olacaq.
Məhz bu qarşılaşmadan sonra böyük ölçüdə bilinəcək ki, «Qarabağ»ın Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq şansı qalır, ya əksinə.
Xülasə, bu, «Qarabağ»dan ötrü qədər matçıdır.
Qurban Qurbanov artıq beynində «Ayaks»la oyunun bəzi cizgilərini cızıb. «Zirə» ilə dünənki duelə bu mənada böyük önəm verdiyi söylənilməlidir.
Düzdür, o, qarışıq heyəti ilk dəqiqələrdən meydana buraxdı və yalnız son 25-30 dəqiqədə aparıcı legionerlərə bir qədər tərləmək imkanı yaratdı.
Qurbanova məlumdur ki, «Ayaks»ın məşqçiləri «Zirə» ilə qarşılaşmanı incələyəcək və özləri üçün müəyyən qeydlər aparacaq.
Ramil Şeydayev kimi az şans qazanan bəzi futbolçuları start «11-liy»inə daxil etməklə, komandasının son durumunu «Ayaks»dan bir qədər gizlətməyə çalışdı.
Şübhə yoxdur ki, o, dünən Zirədə qazonu tabdalayan oyunçulardan üç-dördünü Niderland nəhəngi önündə sahəyə sürməyəcək, ehtiyatda saxlayacaq.
«Qarabağ» qəsəbədə özünü gücə salmadı. Amma xalı da güclə qazandı.
Müəyyən qədər astagəl davrandılar topla, boş zona tapmaqda problemlə üzləşdilər. Kamilo Duran qapını hiss etməkdə Ramil Şeydayevdən geri qalmadı - qripə yoluxmuş kimi.
Abdulla Zubirin Hacıağa Hacılıya qarşı etdiyi kobudluq qayğılandırır adamı.
Kapitanın reaksiyasını görüncə, istər-istəməz düşünürsən - görəsən, son vaxtlar «Qarabağ»ın futbolçularında müşahid olunan aşırı əsəbiliyin səbəbi nədir?
Marko Yankoviçlə Mateus Silva elə, Zubir belə…
MUSA

