"Qarabağ"da onun yeri görünür - Qurban Qurbanov nə fikirləşir?

7 Dekabr 21:15 Qarabağ 520
"Qarabağ"da onun yeri görünür - Qurban Qurbanov nə fikirləşir?

"Qarabağ"ın Kadisiz günləri heç də xoş keçmir.

"Napoli"də məğlub olan kollektiv bu dəfə "Zirə" ilə matçda bərabərliyə sevinməli oldu.

Ağdam klubu qələbə qazandığı "Sumqayıt" və "Karvan-Yevlax"la matçlarda da az əziyyət çəkməmişdi.

Düzdü, İtaliya səfərində Kadi olsa, komandanın qalib gələcəyini iddia etmək absurd olar.

Amma yoxluğunun aşkar göründüyünü deməliyik.

Baş məşqçi Qurban Qurbanov Montiellə braziliyalını unutdurmağa çalışır.

27 yaşlı ispaniyalı pis deyil. Keyfiyyəti, cəldliyi, topa yapışması yerindədir. Amma formasından bir xeyli uzaqdır, fiziki cəhətdən çatdırmır. Gələcək üçün ümid verir, ancaq bugünkü forması Borqesi tez-tez yada salır.

Ağdam klubunun oyununda cənubi amerikalıda olan dinamikaya ehtiyac var.

Kadi lazım olanda sağ vinger, Yankoviçin yoxluğunda "8 nömrə", Yankoviç və Bikalyonun önündə "10 nömrə" kimi əməlli-başlı fərq yaradırdı.

Görünür, qayıdışına kimi yoxluğundan ortaya çıxan problemlər "Qarabağ"ın başını hələ çox ağrıdacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!