"Qarabağ"ın futbolçuları arasında mübahisəyə səbəb nə olub? - VİDEO

02:10 Qarabağ 72
"Qarabağ"ın futbolçuları arasında mübahisəyə səbəb nə olub? - VİDEO

“Qarabağ"ın legionerləri Marko Yankoviç və Mateus Silva arasında yaşanan mübahisədən məlumatlısız.

Sportinfo.az xəbər verir ki, bu, Çempionlar Liqasının 5-ci turunun "Napoli" ilə oyunu (2:0) zamanı baş verib.

Onlar arasında gərginlik 56-cı dəqiqədə İtaliya təmsilçisi penalti yerinə yetirərkən yaşanıb.

Futbolçular bir-birilərinin üzərinə qəzəbli şəkildə şığıyıblar. Komanda yoldaşları onları dərhal sakitləşdiriblər və gərginliyin artmasına imkan verməyiblər.

Futbolçular, böyük ehtimalla, penalti epizodunda bir-birilərini günahkar çıxarmağa çalışıblar.

Silva Yankoviçin rəqiblə mübarizədə kobudluq edərək 11 metrlik cərimə zərbəsinə səbəb olmasından, monteneqrolu isə braziliyalı komanda yoldaşının rəqib hücumu zamanı mövqe səhvinə yol verməsindən narazı qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda