"Qarabağ" tezliklə yeni hücumçu gətirməyi planlaşdırır - Kimdir o?

6 Dekabr 2025 20:20 Qarabağ 2 353
"Qarabağ" tezliklə yeni hücumçu gətirməyi planlaşdırır - Kimdir o?

"Qarabağ" qış transfer pəncərəsində heyətinə yeni hücumçu qatmağı planlaşdırır.

Sportinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bu mövqe üçün əsas hədəflərindən biri "Lyej"in (Belçika) futbolçusu Ömər Diufdur.

22 yaşlı seneqallı forvard Belçikanın "Sent-Trüden", eləcə də İspaniyanın ikinci divizon klublarının maraq dairəsindədir.

Diufun "Lyej"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 500 min avro təşkil edir.

Ömər Diuf karyerası ərzində vətənində "Daru Salam", Türkiyədə "Rizespor", Şimali Kiprdə isə "Genclik Gücü" klublarının şərəfini qoruyub.

O, cari mövsüm ərzində iştirak etdiyi 17 oyunda 8 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO