"Qarabağ"ın transfer siyahısında yer alan hücumçu ilə ilkin razılıq əldə olundu

13:20 Qarabağ 261
"Qarabağ"ın transfer siyahısında yer alan hücumçu ilə ilkin razılıq əldə olundu

"Loryen" "Qarabağ"ın ötən yaydan maraqlandığı futbolçusu Sambu Sumano ilə bağlı qərar verib.

Sportinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 24 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsini uzatmaq niyyətindədir.

"Loryen"in rəhbərliyi ilə seneqallı oyunçu arasında ilkin razılıq əldə olunub.

"Qarabağ" ötən yay Sambu Sumanonu 2,5+0,5 milyon avro qarşılığında heyətinə qatmağa yaxın idi. Ağdam təmsilçisi futbolçunun özü ilə 3+1 illik müqaviləni razılaşdırmışdı.

Sumano cari mövsüm ərzində meydana çıxdığı 14 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti