“Qarabağ”dan istənilən əcnəbinin transfer qiyməti açıqlandı - Yeddi milyon avro

09:40 Qarabağ 100
“Qarabağ”dan istənilən əcnəbinin transfer qiyməti açıqlandı - Yeddi milyon avro

Avropanın nəhəng klublarının transfer siyahısında olan “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin transfer qiyməti açıqlanıb.

Sportinfo.az Polşa KİV-ə istinadən xəbər verir ki, Ağdam klubu 25 yaşlı polşalı qolkiper üçün transfer təklifi edən klubdan 7 milyon avro tələb edəcəyi iddia olunub.

Məlumata görə, M.Koxalski 2024-cü ilin yay transfer pəncərəsində “Qarabağ”a qoşulub. Bu mövsüm 15 oyuna çıxan qapıçı beş dəfə qapısını toxunulmaz saxlayıb.

Polşa mətbuatının yazdığına görə, “Borussiya Dortmund” və “Napoli” klubları Mateuş Koxalskini transfer etmək üçün təklif göndərməyə hazırlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?