Qurban Qurbanov: “Özüm heç vaxt belə şeyləri hesablamıram” - VİDEO

01:00 Qarabağ 62
Qurban Qurbanov: “Özüm heç vaxt belə şeyləri hesablamıram” - VİDEO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunda 800-cü oyununa çıxmasından danışıb.

Sportinfo.az xəbər verir ki, o, bu haqda sualı cavablandırıb.

Təcrübəli mütəxəssis qeyd edib ki, bu cür statistikanın olması ona əlavə motivasiya verir:

“Özüm heç vaxt belə şeyləri hesablamıram. Sadəcə, bəlkə bu, mənə əlavə həvəs verir.

Əgər uğurlu statistikam varsa, buna sevinməliyəm. Hər futbolçunun çatmaq istədiyi rəqəmlər, hər məşqçinin isə arzuladığı karyera olur.

Əgər uğurlu 200-300 oyun keçirirəmsə, istəyərəm 1000-ə çatsın. Uğursuz olsa, bəlkə maraqsız olar.

Hər bir halda üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Qarşıdakı illərdə də çalışacağıq ki, daha intizamlı, məsuliyyətli olaq".

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?