O, “Qarabağ”ı “Kembric” universitetinin tələbəsinə bənzətdi – VİDEO

20:40 Qarabağ 102
O, “Qarabağ”ı “Kembric” universitetinin tələbəsinə bənzətdi – VİDEO

“Qarabağ” illərdir son 12 ildə avrokubokların qrup mərhəsinə vəsiqə qazanmaq diqqətləri üzərinə çəkməyi bacardı.

İlk dəfə 2017-ci ildə Çempionlar Liqasının qrupunda mübarizə aparan “köhlən atlar” növbəti dəfə bunu 8 ildən sonra bacardı.

Liqa mərhələsində 5 tur geridə qalıb ki, Azərbaycan çempionu 5 turdan sonra 2 qələbə və 1 heç-heçə ilə aktivinə 7 xal yazdırmağı bacarıb.

Lakin məğlub olduğu oyunlardan sonra “Qarabağ”ı tənqid edənlər də tapılır. Ki, “Atletik Bilbao”nu udmaq olardı, “Napoli”ylə görüşdə səhvlər sıralandı və sair.

İctimaiyyətin bir qismi sanki “Qarabağ” hər dəfə meydanı qalibiyyətlə tərk edirmiş kimi davranır, danışır, yazır.

Saytımızın əməkdaşı Həbib Aslanov “İdman” TV-də qonaq olduğu “Futbol VAR” verilişində Ağdam təmsilçisini ucqar kənddə kasıblıqla böyüyərək məşhur “Kembric” universitetinə qəbul olan tələbəyə bənzədib.

Aşağıdakı linkə keçid etməklə izləyə bilərsiz.

Digər Xəbərlər
Xəbər Lenti