Bütün söz-söhbətlərə son! "Qarabağ"a "gedirəm, buraxın" deyibmi?

13:00 Qarabağ 217
Bütün söz-söhbətlərə son! "Qarabağ"a "gedirəm, buraxın" deyibmi?

"Qarabağ"ın qapıçısı Mateuş Koxalskiyə aid transfer xəbərləri yenidən gündəmi "zəbt edib".

Polşa mediası onun Avropanın bir neçə tanınmış klubunun maraq dairəsinə düşdüyünü yazır.

Bu maraq xüsusən 25 yaşlı kiperin Çempionlar Liqasının Liqa mərhələsindəki uğurlu oyunlarından sonra daha da artıb.

Polşanın gol24.pl saytı İtaliyanın "Corriere dello Sport" nəşrinə istinadən xəbər verib ki, Koxalski artıq A Seriyasının son qalibi "Napoli"nin də maraq dairəsinə düşüb.

Eyni zamanda, Almaniyadan "Borussiya"nın (Dortmund) da bir müddət əvvəl onunla maraqlanmasına dair xəbərlər yayılıb.

"Corriere dello Sport" yazıb ki, Bundesliqa klubu artıq polşalının transferini reallaşdırmaq qərarına gəlib. Onun artıq qış transferi pəncərəsi dövründə "Qarabağ"dan Almaniya təmsilçisinə transfer oluna biləcəyi iddia edilir.

Əgər belə olarsa, Koxalski yanvarda ÇL-in son iki turunun "Ayntraxt"la (Almaniya) ev, "Liverpul"la (İngiltərə) səfər matçında "Qarabağ"a kömək edə bilməyəcək.

Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında başa çatır. Odur ki, həmin müddətə qədər onu heyətində görmək istəyən Ağdam təmsilçisinə təzminat ödəməlidir.

"Qarabağ"dan redaksiyamıza verilən məlumata görə, Koxalskidən ötrü kluba heç bir rəsmi təklif daxil olmayıb.

Səbəbkarın özü də düşərgəni tərk etmək istəməsi barədə rəhbərliyə və məşqçilərə heç nə deməyib. Əksinə, o, bütün söhbətlər zamanı özünü "Qarabağ"da xoşbəxt saydığını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!