“Qarabağ” bunu Neapolda edə bilmədi“.
Futbol eksperti Emin Abbasov “Qarabağ“ın Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Napoli“yə 0:2 hesablı məğlubiyyətindən danışıb.
O, ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində “köhlən atlar“ın İtaliya səfərində uğursuzluqla üzləşməsinin səviyyə fərqindən irəli gəldiyini bildirib.
Tanınmış teleşərhçi deyib ki, Ağdam təmsilçisi güclü rəqibə qarşı mövqe hücumu təşkil etmək məcburiyyətində qalıb. Çünki “Napoli“ böyük qüvvə ilə müdafiə bloku qurub və belədə “Qarabağ“ cərimə meydançasının həndəvərində “ilişib“.
Arxa xətti yarmaq üçün fərdi keyfiyyəti ön plana çıxan oyunçuların olması gərəkdiyini söyləyən ekspert yalnız Emmanuel Addainin bunu bacardığını xatırladıb.
Abbasovun sözlərinə görə, müasir futbolda sürətli keçidlər və əks-hücumlar daha effektivdir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

