“Ayaks”la bağlı bu xəbər “Qarabağ” azarkeşlərində maraq yaradacaq

21:00 Qarabağ 118
“Ayaks”la bağlı bu xəbər “Qarabağ” azarkeşlərində maraq yaradacaq

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi “Ayaks”dır.

Təmsilçimiz Liqa mərhələsinin VI turunda Niderlanddan olan rəqibini Bakıda qəbul edəcək.

Oyun günü stadionun dolacağına şübhə etmək yersizdir. Azərbaycanlı azarkeşlər pley-offa kifayət qədər yaxınlaşan “köhlən atlar”a dəstək vermək üçün tribunaları dolduracaq.

Lakin bu, “Ayaks”ın dəstəksiz qalacağı anlamına gəlməməlidir.

Belə ki, matç günü arenada 1000 nəfərə yaxın niderlandlı fanat öz yerini tutacaq. “Qarabağ” qonaq tərəfdarlar üçün 1450 yer oturacaq ayırıb.

“Ayaks” azarkeşləri ölkəmizə oyundan bir gün əvvəl təşrif buyurub, ertəsi sevimli komandalarına dəstək nümayiş etdirəcəklər.

Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti