"Qarabağ"da ideal formasından uzaq futbolçular var".
Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Napoli"yə 0:2 hesablı yenilgisinin səbəblərindən danışıb.
Bildirib ki, Elvin Cəfərquliyev, Marko Yankoviç və Kevin Medina ilə bağlı problemlər nəticəyə təsir göstərib.
Tanınmış telejurnalistin fikrincə, "köhlən atlar"ı qarşıdakı 3 turda bir-birindən çətin oyunlar gözləyir.
Rzayev qeyd edib ki, Azərbaycan çempionu 8 turluq periodu ilk "24-lük"də başa vurmaq, beləcə, pley-off mərhələsinə vəsiqə qazanmaq niyyətindədir, amma onları "Ayaks", "Ayntraxt" və "Liverpul"la duellərdə neçə xalın razı salacağını bəribaşdan demək çətindir.
Çünki rəqiblərin öz aralarında keçirəcəyi matçların nəticəsi də ümumi turnir cədvəlində yerdəyişmələrə səbəb ola bilər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

